Prokuror QHT sədrinə 13 illik həbs cəzası istəyib

prokuror qht sedrine 13 illik hebs cezasi isteyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyuq silah gəzdirməkdə təqsirləndirilən “Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

 

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

 

 

Prokuror İlqar Əliyevə 13 il həbs cəzası istəyib.

 

 

Məhkəmə prosesi yanvarın 24-də davam etdiriləcək.

 

 

Ötən il Moskva-Bakı aviareysi ilə Bakıya gələn Azərbaycan vətəndaşı Əliyev İlqar Talışxan oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda metal əşyaların təsvirləri əks olunduğuna görə təkrar yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı sərnişin İ. Əliyevə məxsus çamadanda olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd  beşguşəli, itibucaqlı ulduz  formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.

 

İ. Əliyev izahatında “Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.

 

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bıçaqlardan 5-i soyuq silah, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalar hesab olunub. 

İlqar Əliyev saxlanılıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • istanbulda terror akti toretmekde subheli bilinen sexs saxlanilib
    İstanbulda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxla...
  • prezident ilham eliyev dunya iqtisadi forumunun icraci sedri ile gorusub
    Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədr...
prezident ilham eliyev dunya iqtisadi forumunun icraci sedri ile gorusub prezident ilham eliyev dunya iqtisadi forumunun icraci sedri ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 17 Yanvar, 2017

USD
1.7867
 
EUR
1.8959
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ