Gürcüstanda üç nazir dəyişəcək

gurcustanda uc nazir deyisecek

Gürcüstanın baş naziri Mamuka Baxtadze yeni hökumətin tərkibini açıqlayıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni nazirlər kabinetində üç yeni nazir təmsil olunacaq.

 

Təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsinə Mixeil Batiaşvili, iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Giorgi Kobulia, maliyyə naziri vəzifəsinə isə İvane Maçavarianinin namizədliyi təqdim olunub.

M. Batiaşvili Tbilisi Biznes və Texnologiyalar Universitetinin rektorudur. G. Kobulia Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olub,  İ. Maçavariani isə “Geocell” şirkətinin kommersiya direktoru vəzifəsində çalışıb.

 

Parlamentin yenilənmiş hökumətə bu həftənin sonunda etimad göstərəcəyi gözlənilir.

 

Qeyd edək ki, qonşu ölkənin 14 nazirlikdən ibarət hazırkı müvəqqəti hökuməti bu ilin iyunun 20-dən fəaliyyət göstərir. Hökumət strukturunda edilmiş dəyişikliklərə əsasən, 14 nazirliyin əvəzinə 10 nazirlik və 1 dövlət naziri aparatı qalacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib yenilenib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb - YENİLƏNİB...
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267