Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt əməkdaşlarının məhkəməsi başlayıb

bakida hede qorxu ile pul teleb etmekde teqsirlendirilen sayt emekdaslarinin mehkemesi baslayib

Bakı Ağır Cinayətlər Məhkəməsində millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları - Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

 

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

 

R. Qasımov ifadə verərək bildirib ki, 2016-cı ildə saytı təsis ediblər: "Bu işi Natəvan Mehdiyeva mənə təklif edib. Yeganə xanım mənə dedi ki, qadınları cinsi istismara məruz qoyan əxlaqsızlıq yuvası var. Bu yerin rəhbəri də Şirin adlı şəxsdir. Dedi ki, biz bu problemi yazıb, bu kimi yerlərin fəaliyyət göstərməsinin qarşısını alaq. Sonra biz çəkilişlə gəldik həmin məkanda çəkiliş apardıq. Mən müştəri kimi yaxınlaşdım, 30 manat müqabilində mənə intim münasibət təklif etdilər. Biz bu faktları qeyd etdik və bu sübutları polisə təqdim etdik".

 

R. Qasımov deyib ki, çəkiliş aparan zaman Toğrul adlı şəxs onlara yaxınlaşaraq çəkiliş aparmamasını və bu barədə polisə məlumat verilməməsini istəyib: "Ancaq biz onu eşitmədik, yenə də gedib polisə məlumat verdik. Bir gün sonra Şirin adlı şəxs mənə zəng edib bu məsələ ilə bağlı görüşüb, danışmağı təklif etdi. Həmin şəxs bizə gecə vaxtı zəng etmişdi. Mən Elmira xanımla onunla görüşə getdik. Toğrul və Şirin gəldi. Şirin dedi ki, əməliyyat olunmuşam, vəziyyətim yaxşı deyil, çəkilişi efirə verməyin, polisə şikayət etməyin. Bizə söz verdi ki, bu ayın sonu həmin obyekti bağlayacağam. Bizim söhbətimiz yekunlaşdı. Yenidən bir neçə gün sonra Şirin mənə birlikdə görüşüb söhbət etməyi təklif etdi. Restoranda görüşdük, yenicə yemək yeməyə başlamışdıq ki, polislər gəldi və bizi hədə-qorxu ilə tələb etməkdə ittiham edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar".

 

Proses mayın 30-da davam etdiriləcək.

 

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natəvan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən restoranda Şirin Abdullayev adlı vətəndaşdan barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat pul alan zaman saxlanılıblar. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267