"ASAN Viza" vasitəsilə hava limanlarında veriləcək vizaların rüsumu müəyyənləşib

asan viza vasitesile hava limanlarinda verilecek vizalarin rusumu mueyyenlesib

"ASAN Viza" vasitəsilə hava limanlarında 15 dövlətin vətəndaşlarına veriləcək vizaların rüsumu müəyyənləşib.


APA-nın xəbərinə görə, "ASAN xidmət"in sədri Ülvi Mehdiyev deyib ki, Yaponiya vətəndaşları üçün hava limanlarında "ASAN Viza" pulsuz olacaq, Türkiyə vətəndaşları üçün rüsum 11 dollar təşkil edəcək.


Qalan ölkələrin vətəndaşları üçün hava limanlarında "ASAN Viza" rüsumu 26 dollardır.

 

"ASAN Viza" vasitəsi ilə hava limanlarında 15 dövlətin vətəndaşlarına veriləcək vizaların rüsumu xidmət haqqı ilə birgə hesablanır.

 

Xatırladaq ki, "ASAN Viza" portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Portal vasitəsilə viza rüsumunun məbləği 20 dollardır. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud  elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
14:41 24 May
11:49 24 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside azerbaycan ve gurcustanin ilk respublikalarina aid sened ve fotolarin sergisi acilib
    Tbilisidə Azərbaycan və Gürcüstanın ilk respublikalarına aid...
  • nato quru qosunlari komandanliginin qerargah reisi azerbaycan ordusunun kesfiyyat boluyunun telimini izleyib
    NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi Azərbayca...
nato quru qosunlari komandanliginin qerargah reisi azerbaycan ordusunun kesfiyyat boluyunun telimini izleyib nato quru qosunlari komandanliginin qerargah reisi azerbaycan ordusunun kesfiyyat boluyunun telimini izleyib +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2018

USD
1.7
 
EUR
1.9904
 
RR
0.0277