AMEA Gənc Alim və Mütəxəssislər Şurasında “Bakı 2015” I Avropa Oyunlarının nəticələrindən bəhs edən tədbir keçirilib

Bakı. Fərid Mirzəyev -  APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasında (GAMŞ) “Bakı 2015” I Avropa Oyunlarının nəticələri və tədbirin təşkilində Akademiya gənclərinin rolundan bəhs edən tədbir keçirilib.

 

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açıb.

 

O, çıxışında bildirib ki, AMEA “Bakı 2015” I Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycanda təsis olunan könüllülər hərəkatı sıralarına öz gənclərini cəlb etməklə bu işə öz töhfəsini verib: “Qazanılan medalların sayına görə iştirakçı ölkələrin sıralamasında ikinci yeri tutmaqla Azərbaycan sübut etdi ki, dövlətimiz belə mötəbər oyunların təkcə ən yaxşı təşkilatçısı deyil, həm də inkişaf etmiş idman ölkəsidir. Bu, Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Sevindirici haldır ki, könüllülər hərəkatının sıralarında Akademiyanın gəncləri də layiqli şəkildə təmsil olundular. I Avropa Oyunları Azərbaycan idmanının, mədəniyyətinin dünyada tanıdılması baxımından çox əhəmiyyətli tədbir idi”.

 

AMEA könüllüləri “Bakı 2015” I Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşüblər.

 

Daha sonra AMEA İqtisadiyyat İnstitutunun gənc alimi Tural Məmmədov “I Avropa Oyunları və onun Azərbaycanda turizmin inkişafına təsiri” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, I Avropa Oyunları Azərbaycan turizminə müsbət mənada təsir göstərib: “Lakin bütün bunlara baxmayaraq, Azərbaycanda turizm sahəsində müasir tələblərə cavab verən kadrlar azdır. Azərbaycanda turizmin potensialından dolğun şəkildə istifadə olunmur. Otel və mehmanxanalarda yerləşdirmə yerlərinin sayı 32 834 nəfərdir. Bu turizm ölkəsi üçün çox kiçik rəqəmdir”.

 

T. Məmmədov onu da əlavə edib ki, turizm sahəsində normativ hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmləri təkmilləşdirilməlidir.

 

Tədbirin sonunda GAMŞ tərəfindən hazırlanan “gencalimler.az” portalının və “Gənc tədqiqatçı” elmi-praktiki jurnalının təqdimatı keçirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib
    Nazirlik: "Dənizdə batmış gəncin cəsədini xilasedici çıxarıb...
  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
sumqayitda yangin olub sumqayitda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273