Noyabrda “Caspian Energy Forum Prague– 2018” keçiriləcək

noyabrda caspian energy forum prague 2018 kecirilecek

8-ci Beynəlxalq “Caspian Energy Forum Prague-2018”də dünyanın 17 ölkəsindən 300-dən çox nümayəndə iştirak edəcək.

 

"APA-Economics" xəbər verir ki, bu barədə "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, “Caspian Energy Forum Praque – 2018” Azərbaycanın Çexiyadakı səfirliyinin və "Caspian European Club"un dəstəyi ilə 2018-ci il noyabrın 30-da təşkil olunacaq.

 

““Caspian Energy Forum Prague – 2018”in nümayəndələri arasında nazirliklərin, Avropanın dövlət və biznes qurumlarının rəhbərləri, Avropa Komissiyasının, dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin, Çexiyada akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb”, - deyə Telman Əliyev bildirib. 

 

“Caspian Energy forum Prague – 2018”in təşkilini yüksək qiymətləndirən  Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, uzun illər ərzində Çexiya ilə Azərbaycan arasında təkcə neft deyil, həm də qeyri-neft sahəsində ikitərəfli sıx əməkdaşlıq formalaşıb. Səfir bu forumun ticarət mübadiləsinin daha da artımına, sahibkarlar arasında əlaqələrin qurulmasına, investisiya cəlbinə və yeni müəssisələrin yaranmasına xidmət edəcəyinə ümidini ifadə edib. O bildirim ki, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə keçirilən "Caspian Energy Forum" biznes-hökumət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin qurulması üçün əlverişli şəraitin yaradılması, transmilli şirkətlərlərlə kiçik və orta biznes nümayəndələrinin görüşlərinin təşkili, həmçinin qlobal əməkdaşlıqda maraqlı olan investor, ekspert və analitiklər üçün ənənəvi meydandır. 

 

Telman Əliyev əlavə edib ki, http://www.caspianenergyforum.com linki vasitəsilə forumun proqramı və iştirakla  bağlı ətraflı məlumat əldə etmək, qeydiyyatdan keçmək mümkündür.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib yenilenib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb - YENİLƏNİB...
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267