Azərbaycanda neft hasilatı 1,2% artıb, qaz hasilatı 8,2% azalıb

azerbaycanda neft hasilati 1 2 artib qaz hasilati 8 2 azalib

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 14 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-may aylarına nisbətən 0,3% azalıb.

 

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 16,1 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 7,2 mlrd. kubmetr təşkil edib.

 

Bu ilin yanvar-may aylarında ölkədə 16 132 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2017-ci ilin yanvar-may ayının göstəricilərinə nisbətən 1,3% çoxdur. Bu il iyunun 1-nə 206,5 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 16 110,3 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 1,2% artıb.

 

2018-ci ilin yanvar-may ayı ərzində ölkədə 11 810,6 mln. kubmetr təbii qaz istehsal olunub. Bu, 2017-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 0,9% çoxdur. Bunun 7 181,1 mln. kubmetri əmtəəlik təbii qazdır ki, bu da daha əvvəlki illə müqayisədə 8,2% azdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
  • amerikali tarixci frederik starin kitabinin azerbaycan diline tercumesinin teqdimati kecirilib
    Amerikalı tarixçi Frederik Starın kitabının Azərbaycan dilin...
amerikali tarixci frederik starin kitabinin azerbaycan diline tercumesinin teqdimati kecirilib amerikali tarixci frederik starin kitabinin azerbaycan diline tercumesinin teqdimati kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267