Aİ Azərbaycanın energetika sektorunda strateji sənədlərin hazırlanmasına texniki dəstək verə bilər

Energetika sektorunda strateji sənədlərin hazırlanması metodologiyasına dair seminar keçirilib

 

Energetika Nazirliyində energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyası ilə bağlı  Avropa İttifaqının ekspertləri, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lər və SOCAR nümayəndələrinin iştirakı ilə seminar keçirilib.

 

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, energetika nazirinin müavini Samir Vəliyev kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsində energetika sektorunda islahatlarla bağlı əksini tapmış tədbirlərin həyata keçirilməsi üçün müvafiq strateji əhəmiyyətli sənədlərin hazırlanmasının vacibliyindən danışıb. Bildirilib ki, bu məqsədlə strateji sənədlərin hazırlanması metodologiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsinə ehtiyac var.

 

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirən qurumun Azərbaycandakı səfiri Kestutis Yankauskas isə son vaxtlar “EU4Energy” Proqramı çərçivəsində Beynəlxalq Enerji Xartiyasının texniki dəstəyi ilə həyata keçirilən layihələrdən bəhs edib. Səfir “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin ardınca energetika sektorunda digər strateji xarakterli sənədlərin hazırlanmasına da texniki dəstək göstərməyə hazır olduqlarını bildirib.

 

Sonra qurumun ekspertləri strateji sənədlərin hazırlanması metodologiyasından bəhs edən təqdimatla çıxış ediblər.

 

Tədbirdə, həmçinin hazırlanmış sənədlərin, qanun layihələrinin Avropa İttifaqında mövcud ictimai məsləhətləşmə mexanizmləri barədə də fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267