Toxumçuluqla məşğul olan fermerlərə 1 mln. manat qrant ayrılacaq

toxumculuqla mesgul olan fermerlere 1 mln manat qrant ayrilacaq

"Bu gün Azərbaycanda özəl toxumçuluq sektoru ürəkaçan vəziyyətdə deyil".

 

“APA-Economics”in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bu gün Bakıda keçirilən Özəl toxumçuların I Ümumrespublika müşavirəsində bildirib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycanda taxılçılıq sahəsində toxumlara olan tələbatın 30-35 faizi yerli istehsalçılar tərəfindən ödənilir: “Təbii ki, bunu da artırmaq lazımdır. Əsas prioritet istiqamət özəl toxumçuluğun inkişaf etdirilməsidir. Müxtəlif sahələri özündə əhatə kompleks tədbirlər həyata keçirəcəyik. Bu sahədə mövcud olan qanunvericiliyi inkişaf etdirmək istiqamətində müvafiq işlər görəcəyik".

 

M. Əliyev bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə özəl toxumçuluq sahəsini inkişaf etdirmək üçün onlarla birgə kooperativlərin yaradılması, özəl toxumçuların maddi-texniki bazasının yenilənməsini, onların maarifləndirilməsini həyata keçirməyi qarşıya məqsəd qoyub.

 

Nazirlik rəsmisi deyib ki, KTN Azərbaycanda özəl toxumçuluq sahəsini inkişaf etdirmək üçün fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdıracaq: "Toxumçuluqla məşğul olan fermerlərə 1 milyon manat vəsait qrant şəklində veriləcək".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib yenilenib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb - YENİLƏNİB...
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267