Bakıda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib

Bu gün Bakıda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib.

 

APA-Economics”in məlumatına görə, müşavirə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin dəstəyi baş tutub.

 

Tədbirin məqsədi toxum və ting istehsalçılarının qarşısında duran problemləri müzakirə etmək, həlli yollarını axtarmaq və onları ümumi məqsədlərinə çatmaq üçün təşkilatlandırmaqdır. Müşavirədə özəl toxumçularla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin, Nazirlik yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dünya Bankı/Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Beynəlxalq Əmək Təşkilatının nümayəndələri də iştirak ediblər.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev toxumçuluğun və tingçiliyin ölkə daxilində inkişafının, fermerlərin yerli istehsal məhsulu olan toxum və tinglərlə təmin edilməsinin ölkənin ərzaq təhlükəsizliyi istiqamətində mühüm addımlardan olduğunu bildirib. Bu gün ölkədə toxuma olan tələbatın böyük hissəsinin idxal hesabına ödənildiyini təəssüflə qeyd edən xidmət rəisi Azərbaycan prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə toxum sektorunun inkişafının Strateji Hədəf kimi qarşıya qoyulduğunu vurğulayıb.

 

“Görüləcək tədbirlər sırasında toxum və ting istehsalının təşviq edilməsi, toxum və ting istehsalçılarının fəaliyyətlərinin gücləndirilməsinə dəstək verilməsi, istehsalda keyfiyyətə nəzarət sisteminin yaradılması və sertifikatlaşdırma mexanizminin təkmilləşdirilməsi, toxumçuluq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi və başqa bu kimi addımların atılması gözlənilir”, - deyə M. Əliyev deyib.

 

O, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi layihələr çərçivəsində toxumçuluq sektorunun inkişafı istiqamətində bir sıra işlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Əlavə edib ki, istər Dünya Bankı ilə birgə icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi, istərsə də Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla icra olunan Kənd Yerlərinin Kompleks İnkişafı və  BMT İnkişaf Proqramı ilə yeni icraya başlanan “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihələri üzrə bir sıra işlər görülüb.

 

Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin direktoru Anar Əzimov layihə çərçivəsində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 9 regional toxum sertifikatlaşdırma laboratoriyasının müasir avadanlıqlarla və mebellə tam təchiz edildiyini, Elmi Tədqiqat Əkinçilik İnstitutunun 6 regional təcrübə təsərrüfatına istehsal gücü saatda 2 ton olan müasir toxum-təmizləmə xətləri alınıb istifadəyə verildiyini bildirib.

 

Tədbir beynəlxalq təşkilatların nümayəndələrinin və özəl toxumçuların çıxışlarından sonra müzakirələr formasında davam edib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib yenilenib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb - YENİLƏNİB...
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267