Duma sədri: “AŞPA reqlamentini dəyişməsə, Rusiya bu qurumun işinə qatılmayacaq”

duma sedri aspa reqlamentini deyismese rusiya bu qurumun isine qatilmayacaq

Avropa Şurası Parlament Assambleyasının reqlamenti dəyişməsə, Rusiya bu qurumun işinə qatılmayacaq”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. “Nəzərə alsaq ki, AŞPA-nın reqlamenti bu gün hər hansı milli nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək barədə qərar qəbul etməyə icazə verir. Bu, qəbuledilməzdir. Hesab edirik ki, bu norma öz-özlüyündə parlamenti nüfuzdan salır”, - deyə o, söyləyib. 
 
V. Volodin AŞPA-nın reqlamentinin dəyişdirilməsinin vacibliyini vurğulayıb: "Bizim mövqeyimiz bəllidir. Dəfələrlə bunu səsləndirmişik. Nümayəndə heyətimizin səs hüququndan məhrum edildiyi bir vaxtda AŞPA-da iştirak etmək doğru deyil. Bu, ölkəni, əhalini səs haqqından məhrum etməkdir. Ona görə də reqlamenti dəyişmək lazımdır. Yalnız bundan sonra AŞPA-da iştirak məsələsi barədə müzakirə aparacağıq".
 
Qeyd edək ki, bu gün Vyaçeslav Volodin və AŞPA sədri Perdo Arqamunt arasında görüş keçiriləcək.
 
Xatırladaq ki, AŞPA-dakı Rusiya nümayəndə heyəti bu ölkənin Krımı ilhaq etməsindən sonra səsvermə hüququndan, nizamnamə orqanlarının işində iştirak və seçkilərin monitorinqi hüquqlarından məhrum edilib. Bundan sonra Rusiya nümayəndə heyəti qurumun sessiyalarını boykot edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:36 24 Fevral
15:54 24 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • istanbulda xocali soyqirimina hesr edilmis toplanti kecirilib
    İstanbulda Xocalı soyqırımına həsr edilmiş toplantı keçirili...
  • bakida rusiya ve azerbaycan emekdasliq ve inkisafin 25 illiyi movzusunda konfrans kecirilib
    Bakıda “Rusiya və Azərbaycan: əməkdaşlıq və inkişafın 25 ill...
bakida rusiya ve azerbaycan emekdasliq ve inkisafin 25 illiyi movzusunda konfrans kecirilib bakida rusiya ve azerbaycan emekdasliq ve inkisafin 25 illiyi movzusunda konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Fevral, 2017

USD
1.7475
 
EUR
1.849
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ