Con Kerri Gürcüstana səfər edib

con kerri gurcustana sefer edib

ABŞ dövlət katibi Con Kerri Gürcüstana qısamüddətli səfər edib.

 

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, C. Kerrinin təyyarəsi Tiflis hava limanına enib. Burada o, Gürcüstan xarici işlər nazirinin 1-ci müavini David Zalkaliani ilə görüşüb. Görüşdə ABŞ-Gürcüstan əməkdaşlığı müzakirə edilib. C. Kerri Gürcüstanın regionda vacib ölkə olduğunu bildirib.

 

"Rusiya Gürcüstana, qondarma Cənubi Osetiya və Abxaziyaya hərbi müdaxilə edərkən buna qarşı heç nə edilmədi, sanksiyalar tətbiq olunmadı". Bu sözləri isə ABŞ dövlət katibi Vaşinqtondakı Sülh İnstitutunda keçirilən konfransda çıxışında deyib. O, Corc Buş administrasiyasının Rusiya-Gürcüstan müharibəsinə aktiv reaksiya vermədiyini söyləyib: "Mən istəməzdim kimsə düşünsün ki, kimisə tənqid edirəm. Biz hakimiyyətə gələndə Ukrayna münaqişəsi başladı və biz Avropa ilə birlikdə Rusiyaya qarşı sanksiyalar tətbiq etdik. Biz açıq şəkildə bildirdik ki, Rusiya Ukraynaya hərbi müdaxiləyə görə cavab verəcək. Avropada bəziləri sanksiyaları dayandırmaq istəyir, lakin biz sanksiyaları qüvvədə saxlayırıq”.

 

 Xatırladaq ki, C. Kerri ötən ilin iyulunda Gürcüstanda səfərdə olub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • cocuq mercanlida xeyli sayda qelpe askarlanib
    Cocuq Mərcanlıda xeyli sayda qəlpə aşkarlanıb
  • berdede iki piyadani vurub qacan surucu tutulub yenilenib 1
    Bərdədə iki piyadanı vurub qaçan sürücü tutulub - YENİLƏNİB-...
berdede iki piyadani vurub qacan surucu tutulub yenilenib 1 berdede iki piyadani vurub qacan surucu tutulub yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ