ABŞ prezidenti: “Putinlə görüşdən çox şey gözləmirik”

abs prezidenti putinle gorusden cox sey gozlemirik

ABŞ prezidenti Donald Tramp iyulun 16-da Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə keçirəcəyi görüşdə hansı məsələlərin müzakirə olunacağını açıqlayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D. Tramp V. Putinlə Suriya və Ukraynadakı vəziyyəti, eləcə də Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini müzakirə edəcəyini deyib.  

 

“Biz bu görüşə çox şey gözləmədən gedirik. Biz Suriya məsələsini aydınlaşdırmaq istəyirik. Eləcə də, biz sizin sevimli sualınız olan seçkiyə müdaxilə barədə soruşacağıq, mən bir daha bu sualı verəcəyəm. Biz digər məsələləri, o cümlədən Ukraynanı da müzakirə edəcəyik”, - deyə o, amerikalı jurnalistlərə bildirib.  

 

D. Trampın sözlərinə görə, V. Putin Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini inkar edə bilər, lakin o, istənilən halda bu məsələni qaldıracağını və bir daha bu halın təkrar olunmamasını istəyəcəyini söyləyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib yenilenib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb - YENİLƏNİB...
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267