Yəməndə 4 BƏƏ hərbçisi həlak olub

yemende 4 bee herbcisi helak olub

Yəməndə hərbi əməliyyatlar zamanı Birləşmiş Ərəb Əmirliklərinin 4 hərbçisi həlak olub.

 

APA-nın məlumatına görə, bu barədə BƏƏ-nin WAM agentliyi xəbər verib.

 

Hərbçilərin hansı şəraitdə öldüyü açıqlanmır. Hazırda Yəmən hökumətinə sadiq hərbi birləşmələr BƏƏ-nin dəstəyi ilə Hodeyda şəhərinin üsyançı husilərdən azad olunması istiqamətində əməliyyat keçirir.

 

Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı)  və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
  • amerikali tarixci frederik starin kitabinin azerbaycan diline tercumesinin teqdimati kecirilib
    Amerikalı tarixçi Frederik Starın kitabının Azərbaycan dilin...
amerikali tarixci frederik starin kitabinin azerbaycan diline tercumesinin teqdimati kecirilib amerikali tarixci frederik starin kitabinin azerbaycan diline tercumesinin teqdimati kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267