Azərbaycanda “Güzəştli mənzil” sistemi yaradılır

azerbaycanda guzestli menzil sistemi yaradilir

Azərbaycan prezidenti İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

 

APA-nın məlumatına görə, fərmanda qeyd olunur ki, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılmalı və 2017-ci il mayın 1-dən tətbiq edilməlidir.

 

Fərmana əsasən, “Güzəştli mənzil” sistemi aşağıdakıları təmin etməlidir:

 

4.1. Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın mövcudluğunu;

 

4.2. Cəmiyyətin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alınaraq Cəmiyyətə göndərilməsini;

 

4.3. Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və bu Fərmanın 6.2.1–6.2.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatların alınmasını;

 

4.4. Cəmiyyətin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxslərin Cəmiyyət tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını;

 

4.5. Cəmiyyətin sərəncamında olan mənzili güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını.

 

5. “Güzəştli mənzil” sisteminin təşkilini Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, fəaliyyətinin təmin olunmasını isə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyət həyata keçirir.

 

Fərmanla əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyinə, Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nato pa gurcustanin avroatlantik strukturlara inteqrasiyasini destekleyen beyanname qebul edib
    NATO PA Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasın...
  • koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir
    “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarı...
koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ