Əli Əhmədov: “Ermənistan prezidentinin Dağlıq Qarabağa səfəri qanunsuzdur”

eli ehmedov ermenistan prezidentinin dagliq qarabaga seferi qanunsuzdur

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, baş nazirin müavini Əli Əhmədov Ermənistan prezidentinin Dağlıq Qarabağa səfərini qanunsuz adlandırıb və bu qanunsuzluğa görə onun məsuliyyət daşıdığını bildirib.

 

APA-nın məlumatına görə, Ə. Əhmədov deyib ki, Dağlıq Qarabağ müvəqqəti işğal altında olan Azərbaycan torpağı olduğu üçün Ermənistan prezidentinin icazəsiz ora səfəri qanunsuzluqdur: “Bu səfər Minsk qrupunu da hiddətləndirməlidir. Azərbaycanın torpaqlarının geri qaytarılması üçün səylər göstərən, bəyanatlar verən bütün dövlətləri narahat etməlidir. Əks halda, münaqişənin həll olunması üçün yol tapmaq çətin olacaq. Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi birmənalı şəkildə beynəlxalq hüquq tərəfindən qəbul olunur. Belə olan halda Azərbaycanın razılığı olmadan hər hansı  başqa dövlət nümayəndəsinin ərazimizə icazəsiz səfər etməsi qanunsuzdur. Güman edirəm ki, vaxt gələcək, bu qanunsuzluğu törədənlər cavab verməli olacaqlar”.
 

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan iyunun 13-də işğal altındakı Dağlıq Qarabağa səfər edib.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
  • amerikali tarixci frederik starin kitabinin azerbaycan diline tercumesinin teqdimati kecirilib
    Amerikalı tarixçi Frederik Starın kitabının Azərbaycan dilin...
amerikali tarixci frederik starin kitabinin azerbaycan diline tercumesinin teqdimati kecirilib amerikali tarixci frederik starin kitabinin azerbaycan diline tercumesinin teqdimati kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267